“Kaxovka”nı ukraynalılar özləri partladıb - APARICI

Amerikalı teleaparıcı Taker Karlson Kiyevin "Kaxovka" su elektrik stansiyasının partladılmasına görə məsuliyyət daşıdığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o "Twitter" platformasında yayımlanan müəllif proqramında danışıb.

“İstənilən vicdanlı adam belə qənaətə gəlir, "Kaxovka"nı ukraynalılar özləri partladıb”, - Taker bildirib. O əlavə edib ki, su elektrik stansiyasının sıradan çıxarılması Kiyev üçün böyük risklər yaradacaq.

Qeyd edək ki, Kiyev "Kaxovka" su elektrik stansiyasındakı bəndin rusiyalı hərbçilər tərəfindən partladıldığını bildirib. Moskva isə ittihamları qəbul etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə