Samara vilayətinin Səhiyyə Nazirliyi surroqat sidrindən zəhərlənən daha iki nəfərin öldüyünü açıqlayıb. SİA xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Bildirilib ki, bölgədə ölənlərin ümumi sayı 9-a çatıb.
Hazırda zəhərlənən 15 nəfərin müalicəsi davam etdirilir, onlardan üçünün vəziyyəti ağırdır.
Son məlumatlara görə, Ulyanovsk vilayətində 20 nəfər ölüb, 31 nəfərin müalicəsi davam etdirilir. Nijni Novqorod vilayətində isə iki nəfər ölüb, dörd nəfər yaralanıb. Udmurtiyada biri ölüb, biri xəstəxanaya yerləşdirilib. Penza vilayətində ikisi yeniyetmə olmaqla üç nəfər xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi 29 nəfərin öldüyünü, 90 nəfərin zəhərləndiyini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB