Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb. SİA xəbər verir ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.
Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb. Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur.
Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB