Pakistan 25 əfqanı həbsdən azad edib

Pakistan 25 əfqanı həbsdən azad edib

Pakistan hakimiyyəti aralarında qadın və uşaqların da olduğu 25 əfqan qaçqını həbsdən azad edərək vətənlərinə qaytarıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə "TOLO News" "Taliban"ın Kəraçidəki konsuluna istinadən məlumat yayıb.

Əfqanlar Pakistanın ölkənin cənub-şərqində yerləşən Sind əyalətində həbs edilib.

Onlar Əfqanıstanın İslamabaddakı səfirliyinin səyləri nəticəsində Spin-Boldak-Çaman keçid məntəqəsindən keçərək vətənlərinə qaytarılıblar.

Telekanal azad edilən Əfqanıstan vətəndaşlarının nə üçün Pakistan hakimiyyəti tərəfindən saxlandığı barədə təfərrüatlı məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə