Belarus BMT-dəki fəaliyyətini azaltmayacaq

Belarus BMT-dəki fəaliyyətini azaltmayacaq

Belarusun 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü vəzifəsinə seçilməməsi Minskin təşkilatdakı fəallığının dinamikasını azaltmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasında 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinə seçkilər keçirilib. Səsvermə zamanı Belarus 153 ölkənin səs verdiyi Sloveniyaya məğlub olub, nəticədə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yer ala bilməyib.

Lakin Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın dediyi kimi, bu, Belarus diplomatlarının Təşkilat daxilindəki işinə qətiyyən təsir etməyəcək.

“Biz seçki prosedurunu manipulyasiya etmək cəhdlərinə boyun əymədən bizi dəstəkləyən bütün dövlətlərə minnətdarıq. İndiki seçkilərin keçirilməməsi təşkilatdakı fəaliyyətimizin dinamikasını azaltmayacaq”, - deyə Anatoli Qlaz bildirib.

Yeri gəlmişkən belauslu diplomat, Minskin təkcə BMT Baş Assambleyasının 78-ci sentyabr sessiyasında deyil, həmçinin bütün digər yüksək səviyyəli tədbirlərdə də iştiraka hazırlaşmaqda davam edəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə