ABŞ-ın payıza qədər Ukraynanı və onun döyüş meydanındakı əməliyyatlarını dəstəkləmək üçün kifayət qədər maliyyəsi var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu iyunun 6-da keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Qeyd edək ki, Kirbi, Amerika administrasiyasının əlavə vəsaitə ehtiyac olacağı təqdirdə, onu Konqresdən tələb edəcəyini də qeyd edib.
“Bunun lazımi vaxtda ediləcəyini deyən Ağ Ev sözçüsü, indiki mərhələdə buna elə də bir ehtiyac olmadıöını da diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ Rusiyanın Belqorod vilayətindəki hücumlara görə Ukraynada münaqişənin gərginləşməsinə artıq icazə verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB