Polşa ruslardan qorunmaq üçün Britaniyadan kömək istəyib

Polşa ruslardan qorunmaq üçün Britaniyadan kömək istəyib

Varşava Londondan ölkəni Rusiyanın raket, dron və casus şarlarının hücumlarını qorumağ kömək edə biləcək yeni texnologiya istəyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, polyakların Londona müraciəti son aylarda Polşanın hava məkanının bir sıra iddia edilən pozulmasından və Varşavada Ukraynadakı hərbi əməliyyatların nəticələri ilə bağlı narahatlığın artmasından sonra edilib.

Məsələn, bir gün əvvəl Varşavada Polşa ərazisindən kənarda tapılan “kirill əlifbası” ilə yazılmış şarın fraqmentləri haqqında məlumat vermişdilər.

Qeyd edək ki, London hələlik sorğuya cavab verməyib, lakin Britaniyanın “Sky Saber” yerüstü hava hücumundan müdafiə sisteminin hazırda Polşada yerləşdirildiyini qeyd edilib.

Eyni zamanda, Böyük Britaniya daha əvvəl Polşanı yerüstü hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün 1,9 milyard funt sterlinq dəyərində ixrac müqaviləsi imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə