Belçika səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Belçika səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Belçikanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliy məlumat yayıb.

Belçika səfirinə Belqorod vilayətinə edilən hücumla bağlı etiraz edilib.

Qeyd olunub ki, hücum əməliyyatlarında kəşfiyyat-diversiya qrupunda Belçika istehsalı olan silahlardan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə