Prezident Vladimir Zelenski, Kiyevin Kaxovskaya su elektrik stansiyasının dağıdılmasına görə Moskvaya qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə iddia qaldıracağına əmin edib.
SİA “Kommersant”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.
Qeyd edək ki, Zelenski hadisəni ekosid adlandırıb.
Bundan əvvəl Ukrayna Baş Prokurorluğu su elektrik stansiyasının dağılması faktı ilə bağlı ekosid və müharibə qanunlarının pozulması maddəsi ilə işin açılmasına göstəriş vermişdi.
Zelenski fövqəladə vəziyyətin nəticələri bir həftədən sonra, su anbarından çıxanda aydın olacağını da əlavə edib. Hazırda isə 35-dən 70-ə qədər yaşayış məntəqəsi su altında qalacağı istisna edilmir, bir sıra ərazilərdə də içməli su ilə bağlı böyük problemlər yarana bilər.
Xatırladaq ki, bu gün səhər saatlarında Kaxovskaya SES-in bir hissəsi dağıdılıb. Novaya Kaxovka, Aleşki və qismən də Xersonu su basıb. Bundan əlavə Dnepr çayına 150 tondan artıq mühərrik yağı axıdılıb.
Rusiya və Ukrayna tərəfləri bir-birini su elektrik stansiyasının partladılmasında ittiham edir.
Rusiya Baş Prokurorluğu terror aktı ilə bağlı işin açılması barədə göstəriş verib. Versiyalardan birinə görə, bənd əvvəlki zədələrə görə çökə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB