Xerson Vilayət Dövlət Administrasiyasının sədri Aleksandr Prokudin günün birinci yarısında Kaxovskaya SES-də baş vermiş fövqəladə hadisənin nəticələrindən danışıb.
Onun dediyinə görə, suyun qalxması və Xerson rayonunun yaşayış məntəqələrini basması davam edir. İndi 71 evin su altında qalması barədə məlumat var. Təkcə Tyaqinka kəndində 33 yaşayış binası üçün iki körpü su altında qalıb. Burqunkada 3 ev su altında qalıb. Kaxovka rayonunun Kazatskoye kəndində onlarla evi su basıb.
Prokudin, daşqın zonasında yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsi davam etdiyini bildirib.
“...Bunun üçün 50 avtobus və çoxlu sayda könüllülər, polis əməkdaşları və Dövlət Fövqəladə Hallar Xidməti, hərbi idarələr cəlb olunub. Əhalinin köçürülməsi və yerləşdirilməsi üçün əlavə marşrutlar işləyir. Onlar bu zonanın 1200-ə yaxın sakinini tərk etməyə kömək ediblər.136 nəfər qidalanaraq humanitar mərkəzlərə yerləşdirilib. 43 Xerson sakini qatarla, 114 nəfər isə avtomobil ilə evakuasiya edilib”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bildirən Prokudin, vəziyyətin nəzarət altında olduğunu, təxliyənin davam etdiyini vurğulayaraq, sakinləri sakit olmağa, kömək istəməyə və düşmənin təxribatlarına uymamağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB