“Bu,Ukraynanın hücumuna mane olmayacaq”

Rusların bu təxribatı hücumumuza mane olmağa hesablanıb
“Bu,Ukraynanın hücumuna mane olmayacaq”

Ukrayna hərbi komandanlığı Kaxovskaya su elektrik stansiyasının rus qoşunları tərəfindən zədələnməsi ehtimalını nəzərə alıb, lakin bu, Ukraynanın hücumuna mane olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev bildirib.

“Müvafiq hesablamalar var... su sızmasının vura biləcəyi ziyana görə. İndi bu istiqamətdə komandanlıq yerli hakimiyyət orqanları ilə birlikdə ilk növbədə mülki əhalinin təhlükəsizliyi üçün tədbirlər görür”.

Naev bildirib bunu.

Yeri gəlmişkən çərşənbə axşamı səhər Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Natalya Qumenyuk, Rusiya qoşunlarının Kaxovskaya su elektrik stansiyasını partlatmalarını Ukrayna ordusunun əks-hücumunu dayandırmaq qərarı ilə əlaqələndirmişdi.

Amma iyunun 6-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu əksinə, Ukrayna hakimiyyətini Kaxovskaya su elektrik stansiyasını partlatmaqda ittiham edərək, bunun Rusiya ordusunun hücumunu pozmaq üçün edildiyini vurğulayıb.

Eyni zamanda, Şoyqu Rusiya hərbçilərinin son üç gündə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin müxtəlif bölmələrində çoxdan vəd edilən hücumunu dəf etdiyini bildirib.

Bu arada Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna hərbçilərinin bəzi istiqamətlərdə hücum əməliyyatlarına keçdiyini, Baxmut istiqamətinin isə döyüş əməliyyatlarının episentri olaraq qaldığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə