İndi uyğun vaxt olmasa da..?

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə yenidən telefon danışıqları aparmaq niyyətində olduğunu bildirib.

“Er-te-el” telekanalına müsahibəsində siyasətçi “uzun müddətdir ki, bunu etmədiyini” də diqqətə çatdırıb.

Maraqlıdır ki, Şolz, Putinlə telefonlaşmağın indi uyğun vaxt olmadığını da dilə gətirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniya kansleri daha əvvəl da Putinlə danışmaq planlarını açıqlamışdı.

Amma qeyd edilməlidir ki, bununla bağlı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bu təşəbbüslə bağlı məlumatının olmadığını bildirib.

O da maraqlıdır ki, Peskov, yenə də həməşəki fikrini, yəni Rusiya prezidentinin dialoqa həmişə açıq olduğunu təkrarlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə