Baş verənlərə görə münaqişə yeni miqyas alacaq..?

Antonio Quterreş Kaxovka su elektrik stansiyasında yaşanan fövqəladə hadisədən sonra mülki infrastruktura hücumları dayandırmağa çağırıb
Baş verənlərə görə münaqişə yeni miqyas alacaq..?

...Kaxovka Su Elektrik Stansiyasının dağıdılması Ukraynadakı münaqişənin yeni ölçüsüdür.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Avropa Forumunda Almaniya kansleri Olaf Şolz deyib.

Siyasətçinin sözlərinə görə, baş verənlərə görə münaqişə yeni miqyas alacaq.

Bununla yanaşı, Şolz, Avropanın Kiyevə, o cümlədən hərbi dəstək verməyə davam edəcəyini də bildirib.

Almaniyalı kansler həmçinin, Berlinin vəziyyətin inkişafını narahatlıqla izlədiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Avropa Şurasının rəhbəri Çarlz Mişel Rusiyanı Kaxovkaya su elektrik stansiyasına hücumda ittiham edib. Bununla belə, Kreml Kaxovkaya SES-in dağıdılmasını Ukraynanın qəsdən törətdiyi təxribat aktı adlandırıb.

...Və bu arada Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Kaxovka su elektrik stansiyasında yaşanan fövqəladə hadisədən sonra mülki infrastruktura hücumları dayandırmağa çağırıb.

Qeyd edək ki, Kaxovka Su Elektrik Stansiyasının dağıdılması nəticəsində yaxın ərazidə yerləşən çoxlu sayda rayonlar zərər çəkib.

Quterreş təşkilatın dağılmış ərazilərə humanitar yardım göndərdiyini də diqqətə şatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə