“Hərbçilərimiz bu döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıq göstəriblər”

“Hərbçilərimiz bu döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıq göstəriblər”

...Kiyev rejiminin yaraqlıları son üç gündə cəbhənin bir neçə sektorunda çoxdan vəd edilən hücuma keçiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

O qeyd edib ki, “terrorçu”lar bu məqsədlə çoxlu sayda texnika və canlı qüvvə cəmləyiblər. Lakin silahlılar məqsədlərinə nail ola bilməyib və xeyli itki veriblər. Belə ki, təkcə iyunun 5-də onlar 1600-dən çox əsgər, 28 tank, o cümlədən səkkiz “Leopard” və üç AMX-10, həmçinin 136 ədəd digər hərbi texnikanı itiriblər. Və bütün üç gün ərzində düşmən 3715 silahlı, 52 tank, 207 zirehli döyüş maşını, 134 texnika, beş təyyarə, iki helikopter, 48 sahə artilleriya silahı və 53 pilotsuz uçuş aparatını itirib.

Amma “Rusiya əsgərləri və zabitləri döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıq göstəriblər”.

Qeyd edək ki, Şoyqu bunu xüsusi qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə