Şırnakda bir kәnd mühafizәçisi şәhid olub

Şırnakda bir kәnd mühafizәçisi şәhid olub

Şırnakın Cizre rayonunda avtomobilində silahlı hücuma məruz qalan kәnd mühafizəçisi Mustafa Ərdəm şəhid olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Şırnak Valiliyinin rәsmi internet sәhifәsindә edilәn paylaşımda hadisənin terror aktı olduğu bildirilib.

Paylaşımda bu ifadәlәrә yer verilib: "Cizrənin Sur rayonunda kәnd mühafizəçisi Mustafa Ərdəm şəxsi avtomobilinə silahlı hücum nəticəsində şəhid olub. Araşdırmalar nəticəsində hadisənin terror aktı olduğu müәyyәn edilib. Hücumu törədən cinayәtkarlardan biri saxlanılıb, digər cinayətkarların saxlanılması istiqamәtindә әmәliyyatlar davam etdirilir’’.

Bütün xəbərlər Facebook səhifəmizdə