“Bu il şahə qalxmağımızın başlanğıc nöqtəsi olacaq”

Türkiyə prezidenti Ərdoğan Anıtkabirin “Xatirə dəftəri”ndə bunları yazıb...
“Bu il şahə qalxmağımızın başlanğıc nöqtəsi olacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinet üzvləri ilə birlikdə Anıtkabiri – Atatürk Mavzoleyini ziyarət edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Həyətin Aslanlı yolu ilə gedərək Atatürkün məqbərəsinə çatan R.T.Ərdoğan oraya Türkiyə bayrağını simvolizə edən ay-ulduzlu çələng qoyduqdan sonra bir dəqiqəlik sükut duruşu nümayiş etdirib. Daha sonra Türkiyə İstiqlal Marşı səslənib.

Türkiyə prezidenti Ərdoğan Anıtkabirin “Xatirə dəftəri”ndə bunları yazıb: “Əziz Atatürk, prezident hökümət sisteminin 2-ci dövründə yeni kabinet üzvləri ilə qarşınızdayıq. Bu gün Nazirlər Kabinetimizin ilk iclasını keçirməklə “Türkiyə əsri”ni qurmaq məqsədi ilə sürətlə yola çıxdıq. Türkiyə prezident olaraq kabinetimlə birlikdə bütün 85 milyonluq Türkiyə xalqına sevgi ilə xidmət edəcəyik. İnşaallah, bizə əmanət etdiyiniz cümhuriyyətimizin 100 illiyinə çatmağın həyəcanını və haqlı qürurunu yaşadığımız bu ili şahə qalxmağımızın başlanğıc nöqtəsi sayacağıq. Rəbbimiz bizi millətimizə qarşı utandırmasın, ruhunuz şad olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə