Köpəkbalığına işgəncə verən iki şəxsin videosu yayıldı

Köpəkbalığına işgəncə verən iki şəxsin videosu yayıldı

Floridada bir qrup şəxs sahilə yaxın üzən köpək balığını tutub, sahilə çəkə bilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur sosial media platforması “Facebook”da paylaşılan görüntülər qısa zamanda sosial mediada səs-küy yaradıb. Sözügedən görüntülər heyvansevərlərin böyük reaksiyasına səbəb olub.

Floridada çəkildiyi bildirilən kadrlarda bir qrup şəxsin sahildə bir köpək balığını əlləri ilə tutaraq sudan çıxarmağa çalışdığı görülüb. Bir müddət sonra köpək balığını zərərsizləşdirən iki şəxs balığın üstündə oturaraq balığa dəqiqələrlə işgəncə verib. Kameraya əks olunan həmin anlarda bədbəxt köpəkbalığının ondan xilas olmaq üçün mübarizə apardığı görünüb.

Səs-küyə səbəb olan görüntülərlə bağlı səlahiyyətlilər heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə