Rusiya Ukraynadakı bəndi havaya uçurdu

Ukraynanın Dnepr çayı üzərində yerləşən Nova Kaxovka bəndi vurulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bəndin partladılması Rusiyanın işğal etdiyi bölgədə böyük daşqınlara səbəb olub. Bölgənin 80-dən çox yaşayış məntəqəsində təxliyyə işlərinə başlanılıb. Tərəflər bəndi partlatmaqda bir-birini günahlandırır.

Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını bildirib. "Kaxovka bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - deyə Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığı bildirib.

Rusiya xəbər agentlikləri isə rus qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını, hətta bir rus rəsmisi "terror hücumu olduğunu" bildirib.

Nova Kaxovkanın rusiyapərəst meri də Ukrayna qüvvələrini Xersondakı bu bəndi bombalamaqda ittiham edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə