İyunun 9-da Cenevrədə Rusiya və BMT arasında “Taxıl sazişi” çərçivəsində memorandum üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Serey Verşinin jurnalistlərə bildirib.
“Biz ayın 9-da Cenevrədə idarələrarası formatda məsləhətləşmələrin növbəti raundu haqqında razılığa gəldik”, - deyə o qeyd edib.
Xarici işlər nazirinin müavini əlavə edib ki, BMT adından məsləhətləşmələrdə Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) baş direktoru Rebekka Qrinspan iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB