Netanyahu İlon Maskla süni intellektdən danışdı

İsrailin baş naziri Benyamin Netanyahu amerikalı biznesmen İlon Mask ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Təl-Əvivin "süni intellekt sahəsində mühüm gücə" çevrilməsi imkanını müzakirə edib.

Telefon danışığı zamanı süni intellektin yaratdığı imkanlar və çağırışlar, həmçinin bu sahənin inkişafı üçün əməkdaşlığa toxunulub.

"İlon Mask ilə süni intellekt mövzusunda danışdım. O, zəkasını və bəşəriyyətə verdiyi töhfəni çox yüksək qiymətləndirdiyim bir insandır", - Netanyahu bildirib.

O, həmçinin süni intelleklə işləyən "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altmanla telefonda danışdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə