Bu həftə Minskdə KTMT-nin iclası keçiriləcək

Bu həftə Minskdə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 5-də Təşkilatın rəsmi Telegram-da dərc olunmuş press-relizində deyilir.

“İyunun 8-də Minskdə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviçin sədrliyi ilə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək”.

Qeyd edək ki, bunlar kommünikedə deyilir.

KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin qarşıdan gələn iclasında təşkilatın məsuliyyəti sahəsində çağırış və təhdidlərin, habelə onların zərərsizləşdirilməsi tədbirlərinin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, görüş zamanı KTMT-nin regional “Nemnik” antiterror əməliyyatının keçirilməsi ilə bağlı sənədlərə baxılması və s. məsələlər də gündəmdədir.

Görüşdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun iştirak edəcəyi də bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə