Ruslara görə, hər şeydə günahkar miqrantlardır...

...İyunun 5-də səhər saatlarında Moskva vilayətinin Sergiev Posad şəhərində Tacikistandan olan əmək miqrantlarının yaşadığı 4 vaqon yanıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə yerindən video çəkən tacikstanlı əmək miqrantlarından biri yanğın zamanı ölüm qeydə alınmaca da, amma özlərinə məxsus şəxsi əşya və sənədlərinin yandığını bildirib.

Qeyd edək ki, videoda miqrantların vaqonları bürüyən alovla necə mübarizə apardıqları göstərilir.

Yeri gəlmişkən, Sergiev Posaddakı yanğınla bağlı hələ ki, rəsmi məlumat yoxdur. Yanğının nədən baş verdiyi də məlum deyil.

Onu da bildirək ki, ötən il Sverdlovsk vilayətinin Beloyarski rayonunda da fərdi evdə baş verən yanğın nəticəsində Tacikistandan olan bir ailə zərər çəkmişdi.

Yeri gəlmişkən, zərərçəkmişlər Rusiya hakimiyyətinin, adətən bir qayda olaraq, yanğınlarda miqrantların özlərini günahlandırdığını deyirlər.

Miqrantlar da öz növbəsində rusiyalı işəgötürənlərin günahı ucbatından onlar adi yaşayış şəraitindən belə məhrum olduqlarını deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə