Almaniya Ukrayna ilə bağlı “dağallıq” edir?

Almaniya hökuməti Ukraynaya mümkün qırıcı təyyarələrin tədarükü məsələsində mövqeyini dəyişə bilər.

SİA TASS-a istinadən xəbər verir ki, iyunun 5-də bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Deutsche Welle” nəşrinə verdiyi müsahibəsində deyib.

Boris Pistorius bildirib ki, Berlin iki həftə ərzində Ukraynaya müasir qırıcıların tədarükü ilə bağlı yekun qərarı verəcək. Eyni zamanda Almaniyanın müdafiə naziri, ölkə hökumətinin bu məsələ ilə bağlı öz fikirlərini yenidən nəzərdən keçirəcəyini də gizlətməyib.

“İndi biz nəyin mümkün olduğunu, nə istədiyimizi və edə biləcəyimizi yenidən düşünmək eləsə də sınaqdan keçirmək mərhələsindəyik. Və düşünürəm ki, yaxın iki həftə ərzində buna qərar verəcəyik”. Pistorius bildirib bunu.

Qeyd edək ki, yaxın vaxtlarda Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlərin mümkün tədarükünə gəlincə, Almaniya Müdafiə Nazirliyinin rəhbəri buna da mənfi cavab verib.

Belə ki, onun sözlərinə görə, Almaniya hakimiyyəti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Rusiya ərazisinə hücumlar üçün alman silahlarından istifadə olunmasını istəməzdi.
Xatırladaq ki, Almaniya daha əvvəl Ukraynaya F-16 qırıcılarının göndərilməsi ehtimalını istisna etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə