9 rusiyalıya qarşı sanksiya tətbiq edilib

Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə rejim altında olan 9 rusiyalıya qarşı sanksiya tətbiq edib. Belə ki, qara siyahıda Rusiya Federasiyası ədliyyə nazirinin müavini Oleq Sviridenko və dörd hakim yer alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq materiallar Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

Digər təqsirləndirilən şəxslər arasında - İstintaq Komitəsinin Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Andrey Zadaçin, İstintaq Komitəsinin İstintaq Komitəsinin Baş İdarəsinin rəisi Denis Kolesnikov, bu prosesdə ekspert qismində çıxış edən Müstəqil Ekspert təşkilatının direktoru Danila Mixeev və SIZO-5-in rəhbəri Dmitri Komnov da var.

Qeyd edək ki, sanksiyalar insan haqlarının pozulmasına, xüsusən də 25 il müddətinə azadlıqdan məhrum edilmiş müxalifətçi Vladimir Kara-Murzanın (Rusiyada xarici agent kimi tanınır – A.B.) işi ilə bağlıdır.

Onu da qeyd edək ki, siyahıda olanların Avropa Birliyinə girişi qadağan edilib və icma ölkələrində onlara məxsus olan bütün aktivlər dondurulacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə