Türkiyənin Kahramanmaraş vilayətinin Göksün rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi məlumat yayıb. Yerli vaxtla saat 19:40-da baş verən zəlzələnin ocağı 11,41 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə