Ruslar, indi də, İrandan turist “diləyirlər”?

Sankt-Peterburq İrandan turist cəlb etmək üçün 24 milyon rubl ayırıb

Bu arada Sankt-Peterburq hakimiyyəti İranda turizmin inkişafı üçün 24 milyon rubl ayırıb. Belə ki, bu pulla iyul ayında İranın şəhərlərində turizm agentlərinin “road-şousu” baş tutmalıdır. Qeyd edək ki, bu şounun məqsədi Sankt-Peterburqun ölkə sakinləri üçün turizm məkanı kimi cəlbediciliyini artırmaq, iranlıları turist kimi bu şəhərə gəlməyə şirnikləşdirməkdir.

Yeri gəlmişkən, “Diqqət, xəbər” teleqram kanalının dövlət müqaviləsi ilə tanış olduğu da deyilir. Orada bildirilir ki, Sankt-Peterburq agentliklərinin “şirnikləşdirici” turu İranın üç şəhərində: İsfahan, Şiraz və ölkənin paytaxtı Tehranda baş tutacaq.

Belə ki, bu şəhərin sakinlərinə Sankt-Peterburqun görməli yerləri, ekskursiya proqramları və işgüzar əlaqələr imkanları haqqında məlumat veriləcək.

“Bumaqa” nəşrinin məlumatına görə, müqavilə Rusiyada və xaricdə konfrans, yarmarka və sərgilərin təşkili üzrə ixtisaslaşmış “Profmediagroup” şirkəti ilə imzalanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, media kampaniyası üçün vəsait şəhər büdcəsindən deyil, dövlət subsidiyalarından ayrılır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə başlamasından sonra Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiyaya ABŞ və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayı kəskin şəkildə azalıb.

Ona görə də, ruslar indi də İrandan turist “diləyirlər”?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə