Beş ölkəyə Ukrayna taxılının idxalına qoyulan qadağa uzadılıb

Avropa Komissiyası Ukrayna taxılının Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya idxalına qoyulan qadağanın müddətini uzadıb. Bu barədə Polşa Mətbuat Agentliyinə (Polska Agencja Prasowa, PAP) istinad edən mənbələr bildiriblər.

Beləliklə, nəşrin həmsöhbətlərinin sözlərinə görə, qadağa 2023-cü il sentyabrın ortalarına qədər uzadılıb.

Yeri gəlmişkən, buğda, qarğıdalı, kolza və günəbaxan qadağası tətbiq edilir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının beş ölkəsi Avropa Komissiyasından Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini iyunun 5-dən sonra uzatmağı xahiş edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə