Qırğızıstanın xüsusi xidmət orqanları Bişkekdə kütləvi həbslər həyata keçirir

Bişkekdə hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin kütləvi həbslərinə başlanılıb. Azadlıq” radiosunun Qırğızıstan nəşri olan “Azattyk” hüquq-mühafizə orqanlarındakı mənbələrinə əsasən, Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşlarının artıq 10-a yaxın şəxsi saxladığı barədə məlumat yayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xüsusi xidmət hələlik basqınla bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bir müddət əvvəl internetdə xüsusi təyinatlıların formada tələsik evə necə girdiyini əks etdirən videolar yayılıb.

Başqa bir videoda isə maşını saxlayıb adamın qoluna qandal vuruulduğu göstərilir.

Videonun həqiqiliyini yoxlamaq isə hələ ki mümkün deyil.

O da qeyd edilir ki, hələlik kimlərin həbs olunduğu barədə də məlumatlar yoxdur.

Bu arada yeni yayımlanan videoda isə internetdə xüsusi təyinatlıların maşını saxlayıb sürücünü qandalladıqları əks olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə