Rusiyanın iki regionunda 10 nəfər sidr içərək ölüb

Rusiyada, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərində səkkiz nəfər sidr, yəni az alkoqollu içdikdən sonra ölüb. Rus saytlarının yazdığına görə, hazırda daha altı nəfər ciddi şəkildə zəhərlənib – bəziləri reanimasiyada yerləşdiriblər. Cinayət işi açılıb, sidrlər dövriyyədən çıxarılıb.

İstintaq Komitəsinin və Rospotrebnadzorun regional idarələrinin ilkin məlumatına görə, zəhərlənən şəxs Ulyanovsk ticarət şəbəkəsində “Pivə ərazisi”ndən aldığı “Cənab Sidr” alma şirəsi içib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Samara vilayətindən olan tədarükçü artıq istintaqa cəlb edilib. Sakinlərdən araşdırmalar bitənə qədər brendin içkilərindən istifadə etməməyə çağırılır.

Qeyd edək ki, Samara vilayətində də iki qadının ölümü barədə də məlumat daxil olub. Yerli müstəntiqlərin fikrincə, onlar da eyni markalı sidr ilə zəhərləniblər. Faktla bağlı rayonda təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə də cinayət işi başlanıb.

Yeri gəlmişkən, ruslar müntəzəm olaraq tərkibində metil spirti olan aşağı keyfiyyətli spirtdən zəhərlənirlər. Xatırladaq ki, 2016-cı ildə İrkutsk vilayətində onlarla insan Yemişan losyonu ilə zəhərlənərək ölmüşdü.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə