Yəməndə münaqişə yenidən alovlanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə atəşkəs səyləri davam edərkən, hökumət qüvvələri ilə husi qiyamçıları arasında toqquşmalar yenidən alovlanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tərəflər arasında toqquşmalar xüsusilə Yəmənin Marib və Taiz bölgələrində baş verib.

Husilərə bağlı olan SABA xəbər agentliyi dünən hökumət qüvvələri ilə toqquşmalarda 2-si yüksək səviyyəli komandir olmaqla 11 silahlının həyatını itirdiyini bildirib.

Sözügedən rəqəmin husilərin son bir ildə gündəlik olaraq açıqladığı ən çox ölüm sayı olduğu ifadə edilib.

Yəmən ordusunun Taizdəki qüvvələri isə cümə günü axşam saatlarında hərbi mövqelərə doğru hərəkət edən husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə