Bu ölkədə gülməyi unudanlar üçün təlimə start verilir

Yaponiyada Covid-19 epidemiyasından sonra təbəssüm təliminə maraq artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada Covid-19 epidemiyası zamanı maskadan istifadə edərkən gülümsəməyi unudanlar təlim alırlar. Tokioda yerləşən "Egaoiku" təbəssüm təlim mərkəzinin yaradıcısı Keiko Kawano ölkədə təxminən 3 ildir davam edən Covid-19 epidemiyası zamanı maska ​​taxmağın vərdiş halına gəldiyini və buna görə də bir çox insanın daha az gülümsədiyini söyləyib. Bəzi insanların uzun fasilədən sonra üzlərini açaraq gülümsəməyi unudub sosial həyata qarışmaqda çətinlik çəkdiyini ifadə edən Kavano, maska ​​istifadəsinin ləğvi ilə təbəssüm təlimlərinə tələbatın artdığına diqqət çəkib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə