Güclü sel nəticəsində 15 nəfər həyatını itirdi

Güclü sel nəticəsində 15 nəfər həyatını itirdi

Haitidə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilkin məlumatlara görə 8 nəfər itkin düşüb, 15 nəfər isə həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyi daşqın səbəbindən təxminən 13,400 nəfərin evlərindən təxliyə edildiyini bildirib.

Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 7400-dən çox evə ziyan dəyib.

Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

Xatırladaq ki, 2016-cı ildə Haitidə "Metyu" qasırğası nəticəsində 800-dən çox insan həlak olub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə