Ruslar böyük hücumu elan etdilər

Ruslar böyük hücumu elan etdilər

Rusiya Müdafiə Nazirliyi Ukraynanın aylardır gözlənilən əks hücuma keçdiyini iddia edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin dərc etdiyi görüntülərdə Ukrayna tanklarının və məhv edilən əsgərlərin görüntüləri yer alıb.

24 fevral 2022-ci ildən bəri davam edən Rusiya işğalı bütün xaosu ilə cəbhə xəttində davam edir. Ukrayna tərəfi yavaş-yavaş müharibəni Rusiya ərazisinə keçirməyə çalışır. Bunun ilk nümunəsi mayın son həftəsində baş verdi.

Ukraynanın əks hücumu əslində çoxdan gözlənilən idi. Qərbdən gələn tank və sursatların dəstəyi ilə Krıma hücum planlaşdıran Ukrayna yazın sonunda əməliyyat keçirməyi planlaşdırırdı. Ruslar isə Qara dənizdən gələn təhdidlərə və mümkün şəhər müharibəsinə qarşı Krımda yüzlərlə kilometr xəndəklər qazdılar. Mətbuatda yayılan xəbərlərdə səngər üçün Qırğızıstandan özəl işçilərin gəldiyi iddia edilib.

Digər tərəfdən, Kiyev rəsmiləri baş verən hücumla bağlı ictimai fərziyyələrə qarşı xəbərdarlıq edərək, bunun düşmənə kömək edə biləcəyini bildiriblər. Müdafiə Nazirliyi bazar günü Telegram-da yayımlanan videoda "Planlar sükutu sevir, hücum başlayanda bunu açıqlayacağıq” sözlərini deyib.

Topluluk Tarafından Doğrulandı simgesi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com