Paşinyanın sol əli KTMT-ni qeyri-ciddi təşkilat adlandırır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, KTMT-nin Ermənistanın tələbi ilə Azərbaycana qarşı çıxmaq istəməməsini bu hərbi strukturun qeyri-ciddiliyindən xəbər verdiyini bəyan edib.

Qriqoryan İrəvanın Qərblə hərbi-siyasi əlaqələri inkişaf etdirməyə davam edəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri, Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan televiziyası ilə çıxış edərək bildirib ki, İrəvan KTMT-nin Cənubi Qafqazda davranışını qeyri-ciddi hesab edir.

O, Ermənistanın KTMT-yə üzvlüklə bağlı problemləri olduğunu desə də, amma onun məğzini açıqlamayıb. Qriqoryan, Ermənistanın KTMT-dəki iştirakının onun Qərb dövlətləri ilə hərbi təmaslarına mane olmadığını və respublikanın mütləq Qərblə hərbi-siyasi əlaqələri inkişaf etdirməyə davam edəcəyini də bildirib.

Daha sonra Təhlükəsizlik Şurasının katibi, son üç ildə İrəvanın KTMT ilə səmərəli əməkdaşlığının bir nümunəsini belə görmədiyini də dilə gətirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Azərbaycanla hərbi qarşıdurmada onların tərəfini tutmaq tələblərinə təşkilatın reaksiyası İrəvana KTMT-ni qeyri-ciddi struktur kimi nəzərdən keçirməyə imkan verir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə