Şahbaz Şərifdən Rəcəb Tayyib Ərdoğana dəvət

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısına dəvət edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri bu təklifi Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edərkən səsləndirib.

Şahbaz Şərif Ərdoğanın uzaqgörən liderliyini yüksək qiymətləndirib və Türkiyənin son 20 ildə hər sahədə atdığı addımların ən diqqətçəkən uğur nümunələri olduğunu bildirib.

O, Rəcəb Tayyib Ərdoğana regional sülhün təşviqi istiqamətində göstərdiyi səylərə, diplomatiya və dialoqa sadiqliyinə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə