Polşalı muzdlular etiraf ediblər?

Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşən polşalı muzdlular Rusiyanın Belqorod vilayətinə hücumda iştirak etdiklərini etiraf ediblər?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə mesaj bazar günü, iyunun 4-də özünü Polşadan olan muzdluların Ukraynadakı rəsmi kanalı adlandıran “Polski Korpus Ochotniczy” Telegram kanalı tərəfindən bildirilib.

Rusların yazdığına görə, bəzi Polşa mediası da bu mesajı dərc edib, lakin dərc edildikdən bir neçə saat sonra silinib.

Əslində, Polşadan olan yaraqlılar yalnız bir suala cavab verdilər - Belqorod vilayətindəki əməliyyatda iştirak edib-etməmələrini.

Yenə də ruslara görə, onların cavabı birmənalı bəli olub!

Bundan əvvəl Ukrayna hərbçilərinin sıralarında Zaporojye istiqamətində xarici muzdluların, o cümlədən polyakların və britaniyalıların göründüyü bildirilirdi.

Bundan əvvəl isə, mayın sonunda Rusiya Federasiyasının Belqorod vilayətinin ərazisinə hücum edən Ukraynanın diversiya-kəşfiyyat qrupu Qərbin verdiyi silahlardan istifadə etdiyi məlum olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə