Ukrayna əks-hücumla əsas strateji ərazini geri ala bilər

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Ukrayna ordusunun hazırda Rusiya tərəfinin nəzarətində olan “strateji əhəmiyyətli ərazini” geri alması ilə nəticələnə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

Qeyd edək ki, Sallivan hansı sahələri nəzərdə tutduğunu bəyan etməyib. Onun sözlərinə görə, bu, ukraynalıların bu əks-hücuma başlayacağı zaman yerdə baş verən hadisələrdən asılı olacaq.

“Ancaq biz inanırıq ki, ukraynalılar uğur qazanacaqlar”.

Bunu da Sallivan əlavə edib.

Qeyd edək ki, əks-hücum əməliyyatına “imtahan” kimi baxmamağa çağırış edən amerikalı milli təhlükəsizlik müşaviri, ABŞ-ın bunu qiymətləndirməyi planlaşdırmadığını və Vaşinqtonun hərbi yardımı Ukrayna Silahlı Qüvvələrinin uğurundan asılı olmadığını da qeyd edib.

“Biz Ukraynanın danışıqlar masasında ən əlverişli mövqeyə sahib olması üçün döyüş meydanında mümkün qədər çox irəliləyiş əldə etməsini dəstəkləmək niyyətindəyik”

Bu fikirlər Sallivan məxsusdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə