Cəbhədə əsgər çatışmazlığı yaranıb, ona görə də...

Beləliklə...Dalerjon adlı Tacikistan vətəndaşı mayın 4-də Leninqrad vilayətinin Kinqisepp şəhərində saxlanılıb. Qeyd edilir ki, onun Rusiyada qalmağa icazəsi olmayıb. Ertəsi gün məhkəmə onun üç min rubl cərimələnməsinə qərar verir və bundan sonra o, sonradan deportasiya olunmaq, yəni vətəninə göndərilmək üçün əcnəbilərin müvəqqəti qalma mərkəzinə gətirilir.

Amma mayın 30-da miqrant tacik özünün belə xəbəri olmadan Ukraynadakı müharibəyə göndərilmək üçün rus hərbi hissələrindən birinə göndərilir.

“Xolod” nəşrinə istinad edən SİA bəyan edir ki, hazırda tacik evə getmək istədiyini və döyüşmək istəmədiyini bildirsə də,..amma ona müqavilənin artıq imzalandığı barədə məlumat verilib.

Miqrant tacik, onun pasportunun artıq əlindən alındığını deyib. Bundan əlavə, o, onunla eyni hərbi hissədə Özbəkistan vətəndaşının olduğunu, onun da cəbhəyə getmək istəmədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə