Orban Ərdoğanı Rusiya və Ukrayna üçün mümkün vasitəçi adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçi ola bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədəki səhifəsində paylaşdığı videoda bildirib.

“Türkiyə prezidentinin taxıl məsələsində olduğu kimi ukraynalılarla ruslar arasında vasitəçi olmaq şansı var” deyən Orban Ərdoğanın qələbəsinin “təmiz hava kimi” lazım olduğunu vurğulayıb.

Macarıstan liderinin fikrincə, Ərdoğan uduzsaydı, o zaman Türkiyə prezidenti müharibəni təbliğ edən şəxs olardı və bunun nəticələri gözlənilməz olardı.

Qeyd edək ki, bundan əvvəl iyunun 3-də Orban Ərdoğanın andiçmə mərasimində iştirak edib.

Ölkə parlamentində baş tutan mərasimdə Ərdoğan and içərək, ikinci turda qələbə ilə bağlı protokolu qəbul edib. Xatırladaq ki, inauqurasiyada 21 dövlət başçısı, 13 baş nazir və digər siyasətçilər iştirak edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə