Hərbi komissarlıqları yandırmaq cəhdi davam edir...

Rusiya Federasiyasının Çelyabinsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbi komissarlığı yandırmağa və təxribat təşkil etməyə cəhddə şübhəli bilinən şəxsi saxlayıblar,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti idarənin regional idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bundan əvvəl agentlik bölgənin hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbəyə istinadən, Federal Təhlükəsizlik Xidməti və polis Maqnitoqorskda hərbi komissarlığın binasını yandırmağa cəhd edən yerli sakinin saxlanıldığını xəbər vermişdi.

Mənbənin sözlərinə görə, saxlanılan şəxs “maddi mükafatlandırma üçün Ukrayna xüsusi xidmət orqanlarının maraqlarından çıxış edib”.

Faktla bağlı terror aktına cəhd və təxribata cəhd maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, bu əmələ görə maksimum cəza 15 il həbsdir. Bundan əlavə təxribat maddəsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə