Tbilisidə Aleksey Navalnıya dəstək aksiyası keçirilib

Bu arada Tbilisidə rusiyalı müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyası keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Tbilisidə keçirilən mitinqə, Rusiya Federasiyasından bu şəhərə gələnlərlə yanaşı 50-yə yaxın adam iştirak edib.

Etirazçılar İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsi qarşısında toplaşıblar.

Maraqlıdır ki, aksiyada xüsusi quraşdırılmış mikrofonun köməyi ilə hər kəs öz fikrini bildirə bilərdi.

Qeyd edək ki, Rusiya müxalifətçiləri iyunun 4-də Rusiya və digər ölkələrin sakinlərini meydana çıxmağa və Aleksey Navalnıya dəstək verməyə çağırmışdı.

Onu da qeyd edək ki, tarix təsadüfən seçilməyib. Belə ki, bu gün Navalnının 47 yaşı tamam oldu.

“Meduza” Xabarovsk şəhərində Rusiya müxalifət liderinə dəstək aksiyasının iki iştirakçısı saxlanıldığını xəbər verir.

Deyilənlərə görə, Rusiyanın digər şəhərlərində sənədləri yoxlayan polis qanunların pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə