ABŞ prezidentliyinə namizəd Rusiya ilə ittifaq bağlamaq istəyindən danışıb?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli digər ölkələrlə, o cümlədən Rusiya ilə birləşmək arzusunda olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, barədə bazar günü, iyunun 4-də bu “Associated Press” xəbər verir.

Heylinin sözlərinə görə, belə bir ittifaq Vaşinqton üçün vacibdir, çünki Səudiyyə Ərəbistanı Çinlə sövdələşmələr edir ki, bu da ABŞ üçün əlverişsizdir.

“Səudiyyə Ərəbistanının Çinlə sövdələşmələr etdiyini görürsən və bu, bizim üçün yaxşı deyil. Onların bizimlə olmasına ehtiyacımız var və buna görə də başqaları ilə - Rusiya, Avstraliya, Yaponiya, İsrail ilə birləşmək lazımdır”.

Qeyd edək ki, Heyli deyib bunu, amma sonradan onun seçki qərargahı Rusiyanın adını çəkməklə səhv etdiyini etiraf edib.

Maraqlıdır ki, sonradan Heylinin mətbuat katibi Ken Farnaso, prezidentliyə namizədin sözlərində Rusiyaya istinadın açıq və əyləncəli bir dil sürüşməsi olduğunu söyləyib.

Bundan əlavə, o vurğulayıb ki, heç kim Rusiyaya qarşı Heyli qədər sərt çıxış etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə