Çində torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

Çinin Siçuan vilayətində torpaq sürüşməsi 14 nəfərin ölümünə, 5 nəfərin itkin düşməsinə səbəb olub.
SİA vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, təbii fəlakət Leşan şəhərində dağlıq-meşəlik ərazidə səhər saatlarında baş verib.

Hazırda davam edən axtarış işlərinə 180 nəfər cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə