Mark Zukerberq ciu-citsu döyüşündə uduzub

Mark Zukerberq Kaliforniyada ciu-citsu döyüşlərindən birində məğlub olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hakim rəqibin boğma fənni zamanı iş adamının xırıldamağa başladığını və huşunu itirə biləcəyini düşündüyü üçün döyüşü vaxtından əvvəl dayandırıb.

Bununla belə, “Meta”nın yaradıcısı fərqli bir versiya irəli sürüb. Onun fikrincə, bu, mübarizənin qızğın vaxtında çıxardığı adi səs idi və o, huşunu itirmək fikrində deyildi.

Şirkət həmçinin bildirib ki, hakim “Mark və onun məşqçisindən döyüşü vaxtından əvvəl dayandırdığına görə üzr istəyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə