Asiyada sintetik narkotik ticarəti genişlənir

Şərqi və Cənub-Şərqi Asiyada sintetik narkotik ticarəti sürətlə artır. SİA "The Japan Today”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın Cənub-Şərqi Asiya və Sakit Okean üzrə Regional Nümayəndəsi Ceremi Duqlas: “Narkotik tacirləri böyük həcmdə narkotiki Laos və Tailandın şimalından keçirməyə davam edirlər”, - deyib.

Qeyd edək ki, Asiyada dövlət qurumları 2022-ci ildə xüsusi narkotiklərdən 151 tonunu müsadirə ediblər. Nəticədə dövriyyə 171,5 tona qədər azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə