Misirdə baş verən qum fırtınasının dəhşətli görüntüləri yayılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Misirin Yerli İnkişaf Nazirliyi ölkədə həyatı mənfi təsir altına alan fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, fırtına nəticəsində 4 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Süveyş kanalında da təsirli olan qum fırtınası dəniz nəqliyyatına mənfi təsir göstərib, gəmilərin hərəkəti dayandırılıb.
Nəhəng qum fırtınası həvəskar kameralarla lentə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB