Rusiyanın Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirməsi nəticəsində eyniadlı rayonun Podqorodnenski icmasında 20 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergiy Lısak bildirib.
Onun sözlərinə görə, ümumilikdə 17 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 5 uşaq var. Onlardan üçünün vəziyyəti ağırdır.
Bundan başqa, dağıntılar altında qalanların olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə