Kremldə müharibənin uduzulduğunu başa düşənlər çoxalmaqdadır...

Kremldə müharibənin uduzulduğunu başa düşənlər çoxalmaqdadır...

Artıq Vladimir Putinin ətrafında Ukraynaya qarşı başlayan müharibənin uduzduğunu anlayan müəyyən bir qrup insan formalaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri politoloq və publisist Andrey Piontkovski deyib.

“Espresso” telekanalının efirində Piontkovski, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı əldə edilən ilk böyük uğurun Rusiya daxilində geri dönməz siyasi dəyişikliklərin tətikçisi olacağını bildirib.

Onun fikrincə bir il əvvəl Putin Şoyqu və Gerasimovu gözdən salmaq üçün Priqojini zəncirdən azad etdi və indi artıq Priqojin müharibə ideyasını gözdən salır.

Piontkovski Priqojinin dediklərini sitat kimi gətirir: “biz bu “xüsusi əməliyyat”la gündəmə gəlməmişik, bu düşünülməmiş savaşı biz açmamışıq. Bu faciəyə atılan əsgərlər gözlərini açanda bunu edən hər kəsi parçalayacaqlar”.

“...Əlbəttə, Priqojin manipulyasiya edir,..çünki artlq o da cəbhəçidir. Təbii ki, əgər o, tək olsaydı, çoxdan aradan götürüləcəkdi”.

Ekspertin fikrincə, Rusiya Federasiyasında artıq müharibənin uduzduğunu anlayan qrup var və onun daha mühüm vəzifələri həll etməsi lazımdır. Xüsusən də müharibəni itirmiş ölkədə, Putindən sonrakı Rusiyada mülkiyyətinizi və hakimiyyətinizi necə qoruyub saxlamaq olar.

“Və Priqojin öz çağırışları ilə bu qrup üçün ən mühüm rol oynayır. Priqojin vətənpərvər cəmiyyəti məğlubiyyəti qəbul etməyə hazırlayır.

O, onlara qələbə əvəzinə müharibədən sonra başqa bir həzz verir- satqınlara, Rublyovka sakinlərinə qarşı repressiya.

Qeyd edək ki, Priqojin Rublyovkaya pilotsuz təyyarələrin basqınlarını alqışlayıb. Onun arxasında isə çox ciddi qüvvələr, ilk növbədə, müharibənin uduzduğuna qərar verən KQB var. Onlar məğlubiyyətdən sonra hakimiyyəti və mülkiyyəti qoruyub saxlamağın vacibliyi barədə düşünürlər.

Bunu da Piontkovski bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə