Mayın sonlarında Rusiya Federasiyasının Belqorod vilayətinin ərazisinə hücum edən Ukrayna diversiya-kəşfiyyat qrupu Qərbin verdiyi silahlarla silahlanıbmış.
SİA-nın rus saytlarından əldə etdiyi xəbərə görə, bu barədə şənbə günü, iyunun 3-də “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Amerikalı jurnalistlər bildirirlər ki, ukraynalı yaraqlılar MRAP sinfinə aid gücləndirilmiş minalardan müdafiəsi olan üç zirehli və Polşadan gələn daha bir zirehli maşınlardan istifadə ediblər.
Nəşrin yazdığına görə, bütün bu zirehli maşınlar ABŞ tərəfindən Ukraynaya verilibmiş.
Bundan başqa, hücum zamanı diversantlar Belçika və Çexiya istehsalı olan tüfənglərdən, həmçinin ABŞ və Qərb ölkələrinin silahlı qüvvələrinin geniş tətbiq etdiyi ən azı bir ədəd AT-4 tank əleyhinə sistemindən istifadə ediblər.
Təbii ki, ABŞ nəşrinə əlavə kimi, rus saytları da Ukrayna diversiya-kəşfiyyat qrupunun üzvləri arasında xeyli sayda əcnəbilərin, ehtimal ki, polyak və amerikalıların olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB