Qələbə Gününün ləğv edilməsinə indi etiraz edirlər?

Moldovanın paytaxtı Kişinyovda şənbə günü, iyunun 3-də Moldovanın bir neçə müxalifət partiyasının iştirak etdiyi Qələbə Gününün müdafiəsi yürüşü keçirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Aksiya iştirakçıları Qələbə Gününün İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə anım və Barışıq Günü adlandırılması təşəbbüsünü parlamentdə qeydə alan Moldovanın hakim “Hərəkət və Həmrəylik” partiyasının təşəbbüsünə qarşı çıxırlar.

Qeyd edək ki, bu təşəbbüs 9 May bayramının ləğvini və mayın 8-nə keçirilməsini nəzərdə tutur.

Onu da qeyd edək ki, etirazçılar tarixin yenidən yazılmasının da əleyhinədirlər. Aksiya şənbə günü günorta Kişinyovdakı dəmiryol vağzalının meydanında başlayıb, daha sonra nümayişçilər şəhərin mərkəzinə doğru hərəkət ediblər.

Verilən məlumatda “Bizim bir Qələbə Günümüz var - bu, 9 Maydır”, “Qaliblərin varisləriyik”, “Qələbədən əllər” və digər yazılar olan pankartların qaldırıldığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə